https://www.zirve.edu.az/
02.01.2019 14:25
Övladınızın məktəbdə sizdən xəbərsiz yaşadığı 8 şey

Əksər valideynlər uşağını səhər məktəbə qoyur və günün sonunda məktəbdən götürür. Aradakı vaxtda uşaqlarının bir çox şey yaşadığını təxmin edir, amma tam olaraq bilə bilmirlər. Kitablar, imtahanlar və dərslər xaricində uşağınızın məktəbdə ayrı bir dünyada inkişaf etməyə davam edir və sinifdə kiçik bir insana çevirilir. Valideynlərin uşaqlarıyla daha yaxşı əlaqə qura bilmələri, onların günlük təcrübələrini daha yaxşı anlamaları üçün bir müəllim dərs günü bağlı, bir çox valideynin fərqində olmadığı, amma fərqində olması lazım olan 8 şeydən bəhs edir.

Uşaqlarınız yaxşı ya da pis sizin kiçik bir modelinizə çevirilir...

Uşağınızın niyə belə danışdığını ya da davrandığını, çox vaxt valideyn iclaslarında anlayırıq. Amma uşaqlar sinfə sadəcə sizin xarakteristik davranış formalarınızı ya da ifadələrinizi gətirmir, eyni zamanda sizin komanda ruhunuzu, işləmək etikanızı, həvəsli ya da həvəssiz olmağınızı paylaşırlar. Problemləriniz də bir formada uşağınızın gününə yansıyır və uşağınızın həm müəllimləri, həm də dostları bunu anlaya bilərlər. Siz sonradan unutsanız belə, övladınızla etdiyiniz kiçik bir mübahisənin təsirləri onda hiss olunur.

Tənəffüs hər uşaq üçün fərqli məna daşıyır...

Uşaqların çoxu tənəffüsdən çox zövq alır və bunun çox fərqli iki səbəbi ola bilər. Tənəffüsə çıxmaq çölə çıxıb dostlarla bərabər olmaq mənasına gəlsə də, bəzi uşaqlar bunu müəllimləriylə daha şəxsi şeylər danışa bilmək üçün fürsət olaraq görür. Uşaqlarınız bəzən tənəffüsdə, həyətdə dostlaşarkən bəzən sinifdə vaxt keçirərək özlərini güvəndə hiss edə biləcəkləri bir sahə yaradırlar.

Bir şeyi evdə etmələri, məktəbdə də edə biləcəkləri mənasına gəlmir...

Uşaqlarının imtahanlarda verdiyi cavabların səhv olduğunu gördükdə adətən valideynlərin kefi pozulur, çünki onların evdə eyni sualları doğru cavabladıqlarını görüblər. Ancaq bu, tamamilə doğru olmaya bilər və valideynlərin evdəki vəziyyətin məktəbdə təkrarlanmayacağını bilmələri lazımdır. Uşaqları tapşırıq edərkən yanlarında daha çox duran ya da onlara tapşırıqlarında “kömək edən” ana və atalar əslində uşaqlarının inkişafına zərər verirlər, çünki həmin vaxt uşaqlar eyni şeyləri məktəbdə necə edəcəklərini bilə bilməzlər. Bu uşaqlar evdə hamısını etsələr belə, eyni sualların cavablarını məktəbdə tapmaya bilərlər, çünki sizin əlavə köməyiniz olmadan bütün mərhələləri necə keçə biləcəklərini bilməyə bilərlər. Məktəb xaricində uşaqlarınızın dərslərinə qarışmağınız, onları sinifdə daha çətin vəziyyətə sala bilər.

Hər uşağın sinifdə bir rolu var...

Uşaqlarınız əsas olaraq, ana və ataların yetkin dünyasında yaşadığı kimi, münasibətlərlə başa çıxmağa çalışırlar. Sinif mühitində dostlarıyla ünsiyyətə girərkən yazılı olmayan rollar müəyyənləşir və həm uşaqlar, həm də müəllimlər bunları bilir. Uşaqlar, pis gün keçirirlərsə, sinifdəki hansı uşağın onunla nəzakətli davranacağını, hansı uşağın problem çıxaracağını ya da hansının yaxşı şagird olduğunu bilir. Müəllimlər adətən diqqət etmələri lazım olan uşaqları güvəndikləri uşaqların ya da utancaq uşağı hər zaman dostcanlı bir uşağın yanına oturdurlar.

Duyğuların incinməsi həmişə pis şey deyil...

Məktəb sadəcə oxuma və yazma öyrənilən bir yer deyil, sosial bacarıqlar da bir o qədər önəmlidir. Uşaqlar sinifdə keçirdikləri müddət içində insan olmağı öyrənirlər. Uşaqlar kobud ola bilər, çox vaxt bunun fərqində olmadıqları üçün elə davranırlar, amma uşağınızın duyğularının incinməsi, kefləri pozulduqlarında necə reaksiya verib özlərini ələ almalarını öyrənmələri baxımından bu, onlar üçün önəmlidir.

Uşaqlarınız siz onlardan ayrıldığınızda canlanır...

Uşağınızın sizin yanınızdaykən utancaq görünməsi ya da yanınızdan ayrılmaması, siz getdikdən sonra da elə davranmağa davam edəcəyi mənasına gəlmir. Bəzi uşaqlar, siz onları yönləndirmədiyinizdə tamamilə başqa birinə çevirilirlər. Buna görə də valideynlərin uşaqlarının məktəbdə də evdəki kimi davrandığını düşünməməsi önəmlidir.

Düşündüyünüzdən daha çox əylənirlər...

Tapşırıqlara və imtahanlara baxmayaraq uşaqlarınız məktəbdə əylənə də bilərlər. Uşaqlar gün boyu gülüb-oynamağa davam edər, münasibət qurmağı, yaxşı vətəndaşlar olmağı və bir cəmiyyət içində çalışmağı öyrənirlər. Evə yorğun və kefsiz gələ bilərlər, amma bu gün içində gülümsəmədikləri mənasına gəlmir.

Müəllimləri onların yaxşılığını düşünür...

Müəllimlərin çoxu, uşağınızın inkişafı üçün sizin kimi çalışır. Uşağınızın etdiyi şeylər vaxt itkisi kimi görünürsə ya da nələrsə sizin bildiyiniz formada öyrədilmirsə, onun bir gün bu etdiklərinin faydasını görəcəyinə inanın. Uşağınız bir gün evə sizə absurd görünən ev tapşırığı gətirərsə, müəlliminin o mövzuda başqa bir seçimi qalmadığını və uşağınıza bir şey öyrətmək üçün əlindən gələni etdiyini bilin.