Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-29 16:31:59
Neft Akademiyasının tələbələri Almaniya universitetlərində olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 15 tələbəsi və iki əməkdaşı Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramı çərçivəsində Almaniyanın dörd universitetində olub, akademik heyət və tələbələrlə görüşüblər.

ADNSU-dan AzEDU-ya bildiriblər ki, Almaniyada ilk görüş Maqdeburq şəhərindəki OVGU Maqdeburq Universitetində keçirilib. Burada tələbələr universitetin kampusu ilə tanış olub, kitabxananı ziyarət edib və mexanika mühəndisliyi fakültəsinin professoru H.Altenbaxın təqdimatında mövcud təhsil imkanları barədə məlumat əldə ediblər.
Sonrakı görüş Klaustal Texniki Universitetinə keçirilib. ADNSU tələbələri Almaniya, Rusiya universitetlərinin iştirakı ilə keçirilən “Workshop” da iştirak edib, Alman Neft-Mühəndisliyi Cəmiyyətinin (SPE) rəhbərinin və cəmiyyətin tələbə qrupunun, İ.Qubkin adına Rusiya Dövlət Universitetinin tələbələrinin təqdimatlarını dinləyiblər.

Tələbələr, həmçinin Zigen Universitetində seminarda iştirak edib, Zittau şəhərində Zittau Universitetinin enerji istehsal laboratoriyaları ilə tanış olublar.