Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-29 13:02:51
Azərbaycanda ilk – bu təhsil proqramını bütün dünya tanıyacaq

“Sevindirici haldır ki, bu beynəlxalq sertifikat Azərbaycanda ilk dəfə olaraq bizim proqrama verilib. Proqramımızın bu il 20 yaşı tamam olur və bu sertifikat bir daha, Rafiq müəllim başda olmaqla,  Proqramımızın (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Amerika Birləşmiş Ştatlarının Corciya Dövlət Universiteti ilə birgə 1998-ci ildə ingilis dilində yaradilmış MBA Proqramı) yarandığı ilk gündən düzgün yolda oldugunu və dünya standartlarına uygun işləməyə çalışdığını təsdiq etdi”.

Bunu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən MBA proqramına məsul olan xanım alim Kəmalə Əliyeva deyib.

AzEDU xəbər verir ki, 20 il bundan öncə açıçəkilən universitetdə dünya çapında tanınan alim, professor Rafiq Əliyev tərəfindən yaradılan proqram beynəlxalq miqyasda uğur əldə edib:

“Bu günlərdə institutumuzun  MBA Proqramı Beynəlxalq Akkreditasiyadan keçərək 5 ixtisas üzrə 5 il müddətinə FIBAA-nın (Foundation for International Business Administration Accreditation- Biznesin İdarə Edilməsi üzrə Beynalxalq Akkreditasiya Fondu) təhsilin yüksək keyfiyyətli və Beynəlxalq standartlara uyğunluğunu təsdiq edən Beynəlxalq Akkreditasiya Sertifikatnı alıb. Bu sertifikat həm bakalavr, həm də magistr MBA(BA və ZU) proqramı məzunlarımızın diplomlarının -diploma yazılmaqla - bütun dünyada tanınmasına, o cümlədən, Avropa və Amerikada və təhsilinin davam etdirilməsinə imkan yaradır.

Sevindirici haldır ki, bu beynəlxalq sertifikat Azərbaycanda ilk dəfə olaraq bizim proqrama verilib. Proqramımızın bu il 20 yaşı tamam olur və bu sertifikat bir daha, Rafiq müəllim başda olmaqla, proqramımızın (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Amerika Birləşmiş Ştatlarının Corciya Dövlət Universiteti ilə birgə 1998-ci ildə ingilis dilində yaradilmış MBA Proqramı yarandığı ilk gündən düzgün yolda oldugunu və dünya standartlarına uygun işləməyə çalışdığını təsdiq etdi”.