Azedu.az

13 yaşlı uşaq təyyarənin şassisində gizlincə Hindistana uçub

AzEdu Təhsil Platforması

23 Sentyabr 2025, 16:56
13 yaşlı uşaq təyyarənin şassisində gizlincə Hindistana uçub

13 yaşlı əfqan uşaq Əfqanıstanın paytaxtı Kabildən Dehliyə uçan sərnişin təyyarəsinin şassi hissəsində gizlənərək Hindistana gedib.

AzEdu.az “The Independent”ə istinadən xəbər verir ki, “Kam Air” aviaşirkətinin təyyarəsində gizlənən yeniyetmə oğlan Dehli hava limanının uçuş-enmə zolağında aşkar edilib. 

Hindistanın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən dindirilən uşaq əməlinin səbəbini açıqlayıb və bunu sırf maraq xatirinə etdiyini bildirib. 

Onun sözlərinə görə, İrana uçmaq istəyib, lakin təyyarənin Hindistana getdiyindən xəbərsiz olub. 

O, daha sonradan eyni reyslə Kabilə qaytarılıb.

TƏCİLİ! Ermənilərə XƏBƏRDARLIQ EDİLİDİ: Sərhəddə həyəcan siqnalı
Son xəbərlərDaha çox