Azedu.az

148 saylı məktəbdə pul yığılması ilə bağlı iddialar araşdırılır

AzEdu Təhsil Platforması

22 Sentyabr 2025, 22:02
148 saylı məktəbdə pul yığılması ilə bağlı iddialar araşdırılır

Bakıdakı 148 saylı tam orta məktəbdə sentyabrın 15-dən 22-dək valideynlərdən 3 dəfə pul yığıldığı iddia olunub. İndi isə Beynəlxalq Müəllimlər Günü münasibətilə hər valideyndən 30 manat ödəniş tələb olunduğu bildirilir.

AzEdu.az Xəzər TV-yə istinadla xəbər verir ki, bəzi valideynlər iddiaları təsdiqləyib, bəziləri isə yalan olduğunu bildiriblər. Məktəbin ibtidai sinif müəllimi Reyhan Hacıyeva da səsləndirilən iddiaları təkzib edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 148 saylı tam orta məktəbdə vəsait toplanması ilə bağlı araşdırma aparılacaq. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.

Paşinyan Bakının düşmənlərini həbs etdirəcək - Köçəryana ağır zərbə
Son xəbərlərDaha çox