Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 19:28:51
İlk dəfə üçölçülü printerdə avtomobil çap olunub

Almaniyanın “Siemens” şirkətinin mütəxəssisləri Kaliforniyanın “Hackrod” şirkətinin ekspertləri ilə birlikdə üçölçülü printerdə ilk dəfə avtomobil çap ediblər.

AzEDU AZƏRTAC-aistinadla xəbər verir ki, “La Bandita” adlanan avtomobilin layihələndirilməsi zamanı ən müasir texnologiyalardan istifadə olunub. Mühəndislər kuzovu virtual reallıqda layihələndirib, bütün hesablamalar və ilkin sınaqlar isə süni intellekt tərəfindən aparılıb.

“La Bandita” idman avtomobili bir nümunədə istehsal edilsə də, layihə müəllifləri bildirirlər ki, 3D-çap istehsal xətlərində standart yığımla müqayisədə bir sıra üstünlüklərə malikdir. Məsələn, avtomobilin detallarına və müxtəlif korpus elementlərinə asanlıqla düzəlişlər etmək mümkündür. Bunun üçün yalnız kompüter modelinə düzəlişlər edərək çapa vermək tələb olunur.