Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 12:12:14
Ağdaşda “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Ağdaş Rayon Polis Şöbəsi Veteranlar Şurasının təşkilatçılığı ilə rayonun peşə məktəbində şagirdlər, pedaqoqlar və valideynlər ilə görüş keçirilib.

AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” mövzularında ətraflı söhbət aparılıb.

Rayon polis şöbəsinin Veteranlar Şurasının sədri Elman Qurbanov davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığını diqqətə çatdırıb. E.Qurbanov qeyd edib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar narkotikaya aludəçilik ucbatından başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar. Bu cür görüşlərin keçirilməsində məqsəd məhz cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomaniyanın və narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemləri və səbəb olduğu fəsadları şagirdlərə, gənclərə bir daha izah etməkdir.
Çıxışlarda erkən nikahın səbəbləri, nəticələri mövzusuna toxunulub, ailələrin sağlam təməllər üzərində qurulmasının əhəmiyyətindən danışılıb, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyi qeyd edilib.

Tədbirdə dini radikalizmlə bağlı da məlumat verilib və dini əqidənin səhv başa düşülməsinin həm dinin özünə zərər vurduğu, həm də cəmiyyət üçün çox təhlükəli nəticələrə gətirib çıxardığı diqqətə çatdırılıb.