https://www.zirve.edu.az/
15.12.2018 11:04
“Burda təhsil almağımın səbəbkarı qardaşım oldu” - Polşadakı Bakılı gənc
Çap et

AzEdu.az  daim xaricdə  təhsil alanların  təcrübələrini  gənclərlə  bölüşür.

 Bu dəfə Polşa  universitetində  oxuyan  Faiq Qasımlı  təhsili haqqında məlumat verir:

Öncə  Faiq haqqında...

Faiq Qasımlı Bakı şəhərində anadan olub. Orta  təhsilini Bakı şəhəri 291saylı məktəbdə başa vurub.Sonra  bakalavr təhsilini Polşanın Lodz Universitetində davam etdirib.

Qərib ölkədə təhsil almaq üçün səbəblər...

Xaricdə təhsil almaq gənclərin dünyagörüşünü inkişaf etdirir. Polşada oxumaq arzum idi. Buna görə də, xaricdə ali  təhsil almaq  qərarına gəldim. Əlbəttə ki, bu qərara gəlməyimin ən böyük səbəbkarları qardaşım və ailəmdir. Qardaşımın da orda olduğunu nəzərə alaraq hədəf ölkə kimi  Polşanı seçdim.

Qəbul üçün lazım olan sənədlər

Polşada ali təhsil almaq üçün ilk  növbədə Lodz universitetinin nəzdində “English school”da bir kurs keçdim. Xarici ölkənin  vətəndaşı olduğum üçün sadəcə dil sertifikatı tələb edirlər.

Polşada  təhsilin üstünlükləri

Universitetdə  keçdiyim  dərslər,   dərs metodları  müəllimlər məni qane etdi. Burada müəllimlər  dərsi professional şəkildə başa salır, slayyda şəkil və  videodan istifadə etməklə  fikirlərini tam çatdırırlar. Müəllimlər  həm öyrədirlər, həm də öyrətdikləri kimi tələb də edirlər.

Tələbələrə  güzəştlər

Tələbələr üçün kitabxanadan pulsuz  istifadə, universitetin yeməkxanasından  yararlanmaq , nəqliyyatda endirimlər kimi  bir çox şeylər var.  Burada   3 aylıq nəqliyyatdan istifadə etmək əgər 50 Avro-dursa,  tələbələr üçün 25 Avro-dur. Polşa universitetində oxumaqla gələcəkdə  iş kimi təkliflər ola bilər. Ölkədə bəzi restoranlar, muzeylər hətta fitness zallarında belə tələbələrə 50% endirim olur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları