Azedu.az

Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib

Təhsil Nazirliyi

1 İyul 2025, 10:57
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib

İyunun 30-da elm və təhsil naziri Emin Əmrullayev Daşkəsən şəhərində vətəndaş qəbulu keçirib.

AzEdu.az xəbər verir ki, qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan və Kəlbəcər sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.   

Qəbul zamanı vətəndaşlar iş yerinin dəyişdirilməsi, fəxri adların verilməsi, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

TƏCİLİ! Moskvaya dəhşətli raket hücumu olacaq! - Əhaliyə xəbərdarlıq
Son xəbərlərDaha çox