Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 10:23:45
Almaniyada oxumaq istəyən rezidentləri bu sürprizlər gözləyir

Azərbaycanlı tələbələr tibb təhsili almaq üçün xarici ölkələrdən daha çox Almaniya, Türkiyə, Kanada, İsveçrə və ABŞ-a üstünlük verirlər. Son illər ərzində Almaniyada tibb təhsili üçün müraciət edən tələbələrin sayında artım müşahidə olunur.

Almaniyada rezidentura oxumağın ən üstün cəhəti ondan ibarətdir ki, tələbələr burada oxumaqla, bütün dünyada tanınan diplom əldə edir və klinikaların prestiji yüksək olduğundan, bu çox sayda iş imkanlarına yol açır.

Üstünlüklərdən biri də odur ki, bu ölkədə rezidentura oxuyan tələbələr eyni zamanda klinikadan maaş da ala bilərlər. Bu maaş seçilən rezidentura sahəsinə bağlı olaraq 3000 – 5000 avro arası dəyişir. Onu da qeyd edək ki, evli olmayanların maaşının müəyyən faizi dövlətə vergi olaraq ödənilir. İllər keçdikcə aylıq maaş da qalxır. Bundan başqa rezidentlər həftə sonları növbədə qalmaqla da əlavə pul qazana bilərlər. Adətən, növbədə qalan həkim - rezidentə günə 200-250 avro arası məvacib verilir.

Rezidenturanın müddəti oxuyacağınız rezidentura sahəsindən asılı olaraq, əsasən 5 və 6 il müddətinə müəyyən olunur. Stomatoloji rezidentura sahələri isə 1-3 il arası dəyişir.

Almaniyada rezidentura təhsili almaq üçün yaş məhdudiyyəti yoxdur. Əsas şərt, alman dilini lazımi səviyyədə bilməkdir.

Qeyd edək ki, aprelin 1-də Bakıda rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək. Ümumiyyətlə, son illərdə rezidentura imtahanı verənlər arasında qızların sayı oğlara nisbətən daha çoxdur. Bu da əsasən, oğlanların xaricə təhsilə üz tutması ilə əlaqələndirilir.

Nəzrin Cavid