Azedu.az

Kollec və peşə təhsili alanlara da tələbə kartları VERİLƏCƏK

Peşə təhsili-faydalı məlumat və xəbərlər

20 Dekabr 2024, 10:00
Kollec və peşə təhsili alanlara da tələbə kartları VERİLƏCƏK

Orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri də “Tələbə plus” kartının üstünlüklərindən yararlana biləcəklər.

AzEdu.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, verdiyi açıqlamada Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib. Onun sözlərinə görə, artıq Peşə Təhsili üzrə Dövlət Agentliyi bu barədə müraciət edib və proqram peşə təhsili səviyyəsində də yaxın vaxtlarda reallaşacaq:

“Ali təhsil müəssisləri ilə işlər yekunlaşdıqdan sonra orta ixtisas və peşə təhsili müəssisələrinin də tələbələri kartlarla təmin ediləcəklər”.

Elnur Nəsibov əlavə edib ki, tələbə kartlarından təkcə dövlət müəssisələrinin tələbələri deyil, özəl müəssisələrdə təhsil alanlar da istifadə edə bilərlər:

"Biz qapını geniş açmışıq, bakalavr, magistr təhsil səviyəsində oxumağından, Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərməyindən asılı olmayaraq, özəl və ya dövlət fərqi qoymadan hamıya dəvət göndərmişik və cavab gözləyirik”.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox