Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-25 12:08:22
BMT biomüxtəlifliklə bağlı xəbərdarlıq edib

BMT 2050-ci ilə qədər dünyada biomüxtəlifliyin əhəmiyyətli dərəcədə azalacağı barədə xəbərdarlıq edib.

AzEDU.az APA-ya istinadən xəbər verir ki, BMT mütəxəssislərinin bu barədə hesabatı Biomüxtəliflik üzrə Hökumətlərarası Platformanın (IPBES) saytında dərc olunub.

Hesabatda Avropa, Şimali və Cənubi Amerika, Afrika, Mərkəzi Asiya və Asiya-Sakit okean regionlarında ekosistemə təhlükələrdən bəhs edilir. Bu sahədə əsas problem iqlim dəyişikliyidir. Hətta iqlim dəyişikliyi prosesini zəiflətmək mümkün olsa belə, 050-ci ilə qədər Cənub-Şərqi Asiyada mərcan riflərinin 90 faizi yox olacaq. Əgər sənaye üsulu ilə balıq ovlanması bu sürətlə davam edərsə, 2048-ci ildə regionda balıq resursları qalmayacaq.

Ekspertlər hesab edir ki, 2100-cü ildə Afrikada quş və heyvan növlərinin yarıdan çoxu olmayacaq. Afrikada göllərin quruması bir çox bitki növlərinin də məhvinə səbəb olacaq. Afrikada situasiyanın pisləşməsinin əsas səbəblərindən biri də əhalinin sürətli artımıdır. 2050-ci ildə Afrika əhalisi 1,25 milyard nəfərdən 2,5 milyard nəfərə çatacaq.

Hesabatda qeyd edilib ki, Amerika qitəsi kəşf ediləndən indiyə qədər bionövlər 31 faiz azalıb, 2050-ci ildə bu göstərici 40 faizə çatacaq. Biomüxtəlifliyin azalması Amerika qitəsinin yerli xalqlarının həyatına da təsir göstərəcək. Amerikada yerli dil və mədəniyyətlərin 60 faizi təhlükə qarşısındadır.