Azedu.az

Xankəndidə 300-ə yaxın müdavimin peşə hazırlığı kursları davam edir - FOTO

Peşə təhsili-faydalı məlumat və xəbərlər

23 Oktyabr 2024, 10:59
Xankəndidə 300-ə yaxın müdavimin peşə hazırlığı kursları davam edir - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Xankəndi şəhərində “Accelerated Career Academy” ilə birgə təşkil etdiyi peşə hazırlığı kursları davam edir

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, kurslarda işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən 300-ə yaxın müdavimə tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə bilik və bacarıqlar öyrədilir. Həmçinin, kurs müddətində müdavimlərə aylıq təqaüd ödənilir.

Nəzəri və praktik hissələrdən ibarət olmaqla iki növbəli təşkil olunan kursları uğurla başa vuran şəxslərin Xankəndi şəhərində istifadəyə veriləcək tikiş fabrikində işlə təmin edilməsi nəzərdə tutulub.

Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev kurslara cəlb olunmuş müdavimlərlə görüşüb. O bu kursların keçirilməsinin doğma yurdlarına qayıdacaq sakinlərin qısa zaman ərzində yeni peşələrə yiyələnməsinə dəstək məqsədi daşıdığını bildirib.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox