Azedu.az

AMEA-da yeni kadr təyinatı

Elmi institut və təşkilatlar

14 Noyabr 2018, 22:38
AMEA-da yeni kadr təyinatı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında bir sıra kadr məsələlərinə baxılıb. AMEA-dan AzEdu.az-a verilən məlumata görə, iclasda texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların koordinasiyası şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Rəna Qasımova müxtəlif təyinatlı sistemlərin – “Auditorlar Palatası” verilənlər bazası idarəetmə sisteminin (VBİS), “Kadrlar” korporativ informasiyası sisteminin və AMEA-nın www.science.az portalının yaradılmasında yaxından iştirak edib. 36-sı xaricdə olmaqla ümumilikdə 50 elmi əsərin müəllifi olan R.Qasımova hazırda Böyük verilənlərin analitikası problemlərinin tədqiqi mövzusunda araşdırmalar aparır, Böyük verilənlərin real-vaxt ərzində emalı, analizi və idarə edilməsi prosesində problemlərini tədqiq edir.

 

Rəyasət Heyətinin digər qərarı ilə Cavid Şahmuradov AMEA-nın "Elm və Texnologiya Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin olunub.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox