AzEdu.az xəbər verir ki, sərgidə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində AXC-nin siyasi, iqtisadi, beynəlxalq münasibətlər, ordu quruculuğu, təhsil, elm və mədəniyyət sahəsinə dair saxlanılan tarixi eksponatlar, eləcə də stendlər, sənədli filmlər və fotolar da nümayiş etdirilir.
Belə ki, sərgidə tamaşaçıların diqqətini cəlb edən eksponatlar sırasında parlamentin açılışına həsr olunan xatirə medalı, AXC-nin pul vahidləri olan əskinaslar, Hərbi Nazir general Səməd bəy Mehmandarov və onun müavini general Əliağa Şıxlinskiyə aid şəxsi əşyalar, bəstəkar Müslüm Maqomayevə məxsus dirijor çubuğu, üzərində Cümhuriyyətin rəmzləri olan xəncər, poçt markaları, xeyriyyəçilər - Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyevə məxsus bank kağızları və s. qeyd oluna bilər.