Azedu.az

Polad Həşimovun həyat yoldaşına yüksək vəzifə VERİLDİ

3 Sentyabr 2024, 17:32
Polad Həşimovun həyat yoldaşına yüksək vəzifə VERİLDİ

Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovaya yüksək vəzifə verilib.

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, o, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri vəzifəsinə təyin edilib.


O.Salmanova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin riyaziyyat ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin həndəsə ixtisası üzrə magistratura təhsili alıb.


O, 2018-2021-ci illərdə müəllimlərin işə qəbulu imtahanı nəticəsi ilə Şəmkir rayonu Qaranüy kənd məktəbində riyaziyyat müəllimi, daha sonra isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox