Azedu.az

21 yaşlı sürücü ağır qəza törədib öldü

Xəbərlər

9 Avqust 2024, 10:12
21 yaşlı sürücü ağır qəza törədib öldü

Beyləqanda ağır yol qəzası baş verib.

 

AzEdu.az xəbər verir ki, hadisə rayonun “Görüş yolu” adlanan hissəsində baş verib.

 

2003-cü il təvəllüdlü Ağamir Ağaəli oğlu Quluzadə “Vaz 2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun solundakı ağaca çırpılıb. Ağır xəsarətlər alan gənc xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

 

Bildirilir ki, qəzaya sərt döngə şəraitində manevr qaydalarına əməl edilməməsi səbəb olub.

 

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Regionda təhdidlər artır - Bakını nə gözləyir?
Son xəbərlərDaha çox