Azedu.az

Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir

6 Avqust 2024, 09:43
Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir

2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq.

 

AzEdu.az xəbər verir ki, bunun üçün abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər.

 

TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox