Azedu.az

Avtomobil körpəni vuraraq öldürüb

22 İyul 2024, 09:48
Avtomobil körpəni vuraraq öldürüb

Baklda avtomobil iki piyadanı vurub.

 

AzEdu.az xəbər verir ki, hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb.

 

Belə ki, 2006-cı il təvəllüdlü Kənan Rzazadə idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə yolu keçən, 1994-cü il təvəllüdlü Ruhiyyə Tanrıverdiyeva və 2021-ci il təvəllüdlü Seymur Məmmədlini vurub.

 

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox