Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-15 10:02:00
Qəbul imtahanının çətinliyi barədə DİM-dən açıqlama

Sosial şəbəkələrdə dünən keçirilmiş I-IV ixtisas qrupu üzrə II cəhd imtahanının çətinlik səviyyəsi barədə bir çox abituriyentlər narazılıq bildirirlər.

 

Görəsən, bu fikirlər həqiqəti əks etdirir? İmtahan həqiqətən də çətin olub?

 

“Ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur”

 

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi sosial şəbəkələrdə yazılan rəylərə cavab olaraq bildirib.

 

“Ali təhsil müəssisələrinə qəbul imtahanı seçmə və yerləşdirmə məqsədi ilə keçirilir. Bu prosesdə müxtəlif hazırlıq səviyyəsinə malik on minlərlə abituriyent iştirak edir. Məhz bu fərqlilikləri ortaya çıxarmaq və abituriyentlər arasında seçim edə bilmək üçün imtahanda mürəkkəblik dərəcəsi asan, orta və çətin tipli test tapşırıqlarından istifadə edilir. İmtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər həmişə ictimaiyyətə təqdim olunur.

 

Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur. Müxtəlif vaxtlarda keçirilən imtahanlarda iştirakçıların orta balı statistik xəta çərçivəsindən kənara çıxmır və bir-birinə yaxın olur”.