Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-10 13:53:01
Yüksək bal toplayanların sayı I cəhdlə müqayisədə daha çox olacaq

“Düşünürəm ki, xüsusilə də 3-cü ixtisas qrupunda keçid ballar qalxacaq”.

 

Bu sözləri AzEdu.az-a təhsil eksperti Kamran Əsədov açıqlamasında bildirib.

 

Ekspert 2-ci və 3-cü ixtisas qrupları üzrə sualların asan olduğunu qeyd edib:

 

“İlk növbədə qeyd edim ki,  keçirilən imtahanlarda iştirakçıların sayı bilavasitə sualların ağırlıq səviyyəsinə də təsirini göstərib. Belə ki, I cəhd imtahanıyla müqayisədə qəbul imtahanın II cəhdində az abituriyent iştirak edib. Buna baxmayaraq 2-ci və 3-cü ixtisas qrupları üzrə düşünürəm ki, suallar olduqca asan idi. Hesab edirəm ki, bu dəfə yüksək bal toplayanların sayı I cəhdlə müqayisədə daha çox olacaq.

 

Təkcə 2-ci və 3-cü ixtisas qrupunda Tarix fənni üzrə təhlil apardıqdan sonra məlum oldu ki, test tapşırıqları əvvəlki illərdə istifadə olunmuş suallar idi. Sualların əksəriyyəti təkrar olduğuna görə, əgər abituriyentlər qəbul imtahanı ilə bağlı sualları müəllimləri ilə birgə yaxşı işləyiblərsə, o zaman çox yaxşı nəticə əldə etmək mümkün olacaq.

 

Hesab edirəm ki, 2-ci və 3-cü ixtisas qrupunda bu il abituriyentlər II cəhd imtahanından yaxşı nəticə göstərəcəklər. Düşünürəm ki, xüsusilə də 3-cü ixtisas qrupunda keçid balları qalxacaq”,- deyə ekspert bildirib.