Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-09 09:26:45
III qrup: Bu bal aralığında kəskin rəqabət gözlənilir

III ixtisas qrupu üzrə II cəhd qəbul imtahanının çətinliyi barədə abituriyentlərin bir çoxu narazılıq edirlər. Onlar bildirirlər ki, xüsusən ədəbiyyat fənnindən salınmış sualların səviyyəsi çox çətin olub.

 

Maraqlıdır, bəs, görəsən, III qrupda bu il rəqabət necə formalaşacaq? Ən çox hansı bal aralığında risk amili çoxdur?

 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, bu il 450 baldan yuxarı nəticə göstərənlər kəskin rəqabətdə olacaqlar:

 

“III ixtisas qrupu üzrə son illər ərzində ən yüksək məhsuldarlıq məhz bu il qeydə alınıb. Bu da ötən illərdə ixtisaslar üzrə qeydə alınan keçid ballarına ciddi təsir edəcək. Xüsusilə, 550-dən yuxarı formalaşmış keçid ballarının artacağı statistik təhlillər əsasında proqnozlaşdırılır.

 

Şagirdlərin ədəbiyyat fənnindən narazılıq etməyinə gəlincə, düşünürəm ki, burada suallar proqram daxilində idi. Sadəcə bir qədər düşünmə tələb edirdi. O cümlədən tarix və Azərbaycan dilində də bu formatlı suallar var idi. Bu da abituriyentlər üçün bir qədər çətinlik yaşadıb”.