Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-05 15:48:00
Sertifikasiya təhsilin keyfiyyətinin artırılmasında mühüm addım oldu

Bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. Bu da öz növbəsində cəmiyyət tərəfindən müsbət qarşılanmadı. Yəni, qınayanaların içərisində valideynlərdə yer alıb.

 

Onların bir qismi övladlarının savadsız müəllimlər tərəfindən yetişdirilməsini birmənalı qarşılamayıblar. Artıq sertifikasiyanın nəticəsi kimi savadsız müəllimlər məktəblərdən xaric olunacaq.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, sertifikasiyanın nəticəsi ilə təhsildə keyfiyyətin artırılması üçün müəyyən addımlar atmış olacaq:

 

“Bu göstərici yaxşı nəticə deyil və olduqca narahatedici məsələdir. Məhz sertifikasiyanın keçirilməsində əsas məqsəd bu istiqamətdə müəyyən uğurlara nail olmaqdır. Ona görə də hazırki yanaşma ondan ibarətdir ki, biz bununla təhsildə keyfiyyətin artırılması üçün müəyyən addımları atmış olacayıq.

 

Zamanında məktəbə daxil olmuş, savadı və biliyi yetərli olmayan insanların uzaqlaşdırılması prosesi gedir. Bildiyiniz kimi əvvəlki dövrdə işə qəbul imtahanla deyildi. Ona görə də bir sıra neqativ hallar mövcud oldu. Hər halda bunun aradan qaldırılması üçün atılan addım təhsilin keyfiyyətinə təsirini göstərəcək”.

 

Həmsöhbətimiz ali məktəblərdə də təhsilin keyfiyyətinin artırılmasının zəruri olduğunu qeyd edib:

 

“Universitetlərdə təhsilin səviyyəsini artırmaq lazımdır. Sertifikasiyada müəllimlərin kəsilməsinin bir hissəsinin günahı məhz bizim universitetlərimizdədir. Ona görə də bu istiqamət işlər görülməlidir. Hələ ki, bununla bağlı ciddi bir addım görmürük.

 

Eyni zamanda  məktəblərdə təhsilin keyfiyyətinə təsir edən bir neçə amil var. Birincisi, savadlı müəllim, ikincisi, yaxşı təşkilatçı direktor, direktor müavini, məktəblərin fəaliyyətinə nəzarət və s. amilləri qeyd etmək olar. bu amillərin hər biri nəzərə alınmalıdır ki, istənilən məqsədə və hədəfə nail ola bilək. Hər halda bu atılan növbəti addımlardan biridir. Əgər biz bu sadalan məsələləri nəzərə almasaq hədəflərimizə və məqsədlərimizə nail ola bilməyəcəyik”, -deyə deputat fikrini tamamlayıb.