Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-11 14:44:28
200-dən çox məktəbdə rəqəmsal summativ qiymətləndirmə keçirilib

2023-2024-cü tədris ilində paytaxtdakı 200-dən çox ümumi təhsil müəssisəsində rəqəmsal summativ qiymətləndirmə keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, rəqəmsal summativ qiymətləndirmə tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində texniki təminat və internet olduğu təqdirdə IV-XI siniflərdə bütün fənlər üzrə (fiziki tərbiyə, təsviri incəsənət, musiqi, çağırışaqədərki hazırlıq, texnologiya istisna olmaqla) aparılır.