Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-10 12:21:00
"Müəllimlərin sertifikasiyaya hazırlaşmağı qəbuledilməzdir"

İyunun 8-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub. Müəllimlərin bir qismi imtahanın asan olduğunu qeyd etdiyi halda, digərləri sualların çətin olduğunu dilə gətirir.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Elşən Qafarovun sözlərinə görə, 1 il ərzində müəllimlərin kifayət qədər yenidən imtahana hazırlaşmağa vaxtı var idi:

 

 img

“Ümumiyyətlə qayda belədir: Nəyi bilirsənsə, asan, nəyi bilmirsənsə çətindir. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi sertifikasiya prosesində sualların tərtibinə, imtahanın keçirilməsinə humanist yanaşır. Məqsəd müəllimlərin bu prosesə psixoloji cəhətdən hazırlamaqdır.

 

Keçən il Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırılması prosesi baş tutub. Həmin imtahanda 1-ci mərhələdə iştirak edə bilməyən, təqribən 8 mindən yuxarı müəllim iyunun 8-də yenidən sertifikatlaşmadan keçdi.

 

1 il ərzində müəllimlərin kifayət qədər vaxtı var idi ki, yenidən imtahana hazırlaşsınlar. Əslində təhsil mütəxəssisi olaraq müəllimin sertifikasiyaya hazırlaşmasını qəbul edə bilmirəm. Çünki sertifikasiya hansısa işə qəbul, bilik yarışı deyil”.

 

Həmsöhbətimiz sertifikasiya imtahanının müəllimin peşəkarlıq səviyyəsini yoxlayan bir proses olduğunu bildirib:

 

“Ona görə də müəllim buna niyə hazırlaşmalıdır? Amma görünən mənzərə bəllidir. Həmçinin 51-dən yuxarı bal toplamaq üçün hazırlaşanların sayı da kifayət qədərdir.

 

Müəllimlər əmək haqlarına 35%  artımı da əldə etmək istəyirlər. Ona görə də bu imtahana daha ciddi yanaşırlar. Təbii ki, sertifikasiyadan kəsilənlər olacaq. 1-ci gündən etibarən apellyasiya ilə bağlı müraciətlər dinləniləcək. Daha sonra yekun olaraq nəticələr elan olunacaq. Yekun nəticələrdən sonra biləcəyik ki, 2-ci dəfə şans verilən müəllimlərin neçəsi bu şansdan yararlana bilməyib, neçəsi uğur qazanıb. Müəllimin bu prosesdən şikayət etməsi, sualların çətin olduğunu dilə gətirməsi absurddur. Azərbaycan Respublikasında təhsil şagird yönümlüdür.

 

Birmənalı olaraq bilməliyik ki, tədris etdiyi fənn üzrə elementar biliyi olmayan şəxsin müəllim işləməyə nəinki hüquqi əsası, heç mənəvi əsası da yoxdur”, - deyə ekspert fikrini tamamlayıb.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK