Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-27 16:27:01
AzMİU-da magistrantlara diplom və sertifikatlar təqdim olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tələbə və magistrantların 46-cı elmi konfransında iştirak etmiş tələbələrlə universitetin Əcnəbi dillər kafedrasının təşkilatçılığı ilə görüş keçirilib. 

 

AzEdu.az xəbər verir ki, görüşdə kafedranın müdiri dosent Aygün Məmmədova, AzMİU-nin TEC-in sədri Günel İmamquliyeva, kafedranın professor-müəllim heyəti və tələbələr iştirak edib. 

 

Kafedranın müdiri Aygün Məmmədova və TEC-in sədri Günel İmamquliyeva konfransda tələbə və magistrantların fəallığını yüksək qiymətləndirib, gəncləri elmi yaradıcılığa diqqət göstərməyə, elmi nailiyyətləri ilə seçilməyə səsləyib.  

 

Sonda konfransda I, II, III yerləri tutan tələbələrə diplom və digər iştirakçılara sertifikatlar təqdim olunub.