![](https://azedu.az/uploads/news/2024/05/azedu.az_toyyy_749.jpg)
Ağcabədi rayonunda 14 yaşlı qızla evlənən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
AzEdu.az xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Hindarx qəsəbə sakini, 25 yaşlı Tufan Qubadov (ad və soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb.
Bildirilib ki, Tufan 6 ay əvvəl Ağcabədidəki “Yunus” şadlıq evində toy edərək dayısı qızı olan 14 yaşlı Səbinə ilə evlənib. Həmin vaxt qızın anası ölkədə olmadığından toydan xəbərsiz olub. O, övladının Tufanla evləndirilməsini öyrəndikdən sonra DİN-ə müraciət edib və araşdırma aparılıb. Araşdırmalarla yetkinlik yaşına çatmayan qızın öz razılığı ilə evləndirilməsi müəyyən edilib və T.Qubadov barəsində cinayət işi açılıb. Həmçinin qızın atası və nənəsinin iştirakı ilə evləndirilməsi bəlli olub.
Ağcabədi Rayon Məhkəməsinin 16 may tarixli hökmü ilə dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə 1 il 2 ay həbs cəzası verilib.
kitabı
![Sertifikasiyadan 60 bal toplayan növbəti MÜƏLLİM Sertifikasiyadan 60 bal toplayan növbəti MÜƏLLİM](https://azedu.az/uploads/news/2024/06/azedu.az_448643250_869387981900556_5469259988639284040_n_163.jpg)
![Bu müəllim 55 dəqiqəyə 58 bal TOPLADI Bu müəllim 55 dəqiqəyə 58 bal TOPLADI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Screenshot_2024-06-21_114640_133.png)
![Bu məktəblə bağlı ölçü götürüləcək Bu məktəblə bağlı ölçü götürüləcək](https://azedu.az/uploads/news/2024/06/azedu.az_IMG_5887_79.jpeg)
![Müəllimlərin sertifikasiya imtahanlarının yeri MƏLUM OLDU Müəllimlərin sertifikasiya imtahanlarının yeri MƏLUM OLDU](https://azedu.az/uploads/news/2024/06/azedu.az_05-30.08.22-02_932.jpg)
![Daha 2 müəllim sertifikasiyadan maksimum nəticə GÖSTƏRİB Daha 2 müəllim sertifikasiyadan maksimum nəticə GÖSTƏRİB](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Screenshot_2024-06-21_134132_95.png)
![21 faiz müəllim 51-60 bal toplayıb 21 faiz müəllim 51-60 bal toplayıb](https://azedu.az/uploads/news/2024/06/azedu.az_IMG-20240622-WA0031_616.jpg)
![Bu müəllim Şirvan-Salyan bölgəsi üzrə maksimum bal TOPLADI Bu müəllim Şirvan-Salyan bölgəsi üzrə maksimum bal TOPLADI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Ekran_goeruntusu_2024-06-21_164328_923.png)
![Sertifikasiyadan 53 bal yığan müəllim: Suallar çətin olmasa da, həyəcanlı idim Sertifikasiyadan 53 bal yığan müəllim: Suallar çətin olmasa da, həyəcanlı idim](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Ekran_goeruntusu_2024-06-21_113003_150.png)