Azedu.az

WUF13 çərçivəsində Liderlər Sammiti başa çatıb

Xəbərlər

18 May 2026, 17:37
WUF13 çərçivəsində Liderlər Sammiti başa çatıb

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Liderlər Sammiti başa çatıb.

AzEdu.az xəbər verir ki, tədbir üç saat davam edib.

"Liderlərin bugünkü sessiyası qlobal gündəlikdə şəhərlərin və şəhər mühitinin inkişafının artan əhəmiyyətini, eləcə də ən yüksək siyasi səviyyədə dialoqun dəyərini nümayiş etdirdi. Bu gün səsləndirilən baxışlar və öhdəliklər beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və daha dayanıqlı, dözümlü və inklüziv şəhər gələcəyinin formalaşdırılması üzrə kollektiv səylərin təşviqinə kömək edəcək. Bütün dövlət və hökumət başçılarına, eləcə də bütün hörmətli iştirakçılara iştirakınıza və bu mühüm müzakirəyə verdiyiniz töhfəyə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Ümumdünya Şəhərlər Forumu çərçivəsində liderlərin bu tarixi sessiyasına ev sahibliyi etmək Bakı üçün böyük şərəf idi. Bununla da mən Liderlər Sammitinin bağlandığını rəsmən elan etmək istərdim", - Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Qeyd edək ki, Ümumdünya Şəhərlər Forumu (WUF) çərçivəsində Liderlər Sammiti ilk dəfə keçirilirdi. WUF13 çərçivəsində belə bir sammitin keçirilməsi təşəbbüsü Azərbaycana məxsus idi.

Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox