Azedu.az

Sertifikat və şəhadətnamələr "mygov ID" vasitəsilə təqdim ediləcək

Dövlət İmtahan Mərkəzi

18 May 2026, 17:38
Sertifikat və şəhadətnamələr "mygov ID" vasitəsilə təqdim ediləcək

Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi bir sıra sertifikat və şəhadətnamələr vətəndaşların Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetləri (mygov ID) vasitəsilə təqdim ediləcək.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Vətəndaşlara göstərilən xidmətləri tam elektronlaşdırmaq, kağız daşıyıcılardan imtina edilməsi ilə xidmətlərin səmərəliliyini artırmaq və “rəqəmsal hökumət”ə keçid prosesini sürətləndirilmək məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan müvafiq normativ hüquqi akt layihəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 15 may tarixli 150 nömrəli Qərarı (//nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasi-nazirler-kabinetinin-dovle-9510) ilə təsdiq edilmişdir.

Sözügedən Qərara uyğun olaraq elektron kabinetləri (mygov ID) vasitəsilə təqdim ediləcək sertifikat və şəhadətnamələr aşağıdakılardır: 

elektron dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi sertifikatları;

- peşəkar mühasib sertifikatları, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatları, sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatları, qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas şəhadətnamələri;

- ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair şəhadətnamələr.

Şəhadətnamələr Mərkəzin səlahiyyətli şəxsi tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq ediləcək və elektron sənəd formasında namizədlərin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetləri (mygov ID) vasitəsilə təqdim ediləcək. Sənədlərin üzərindəki QR-kod vasitəsilə onların həqiqiliyinin real rejimdə yoxlanılması təmin ediləcək, həmçinin vətəndaşlar öz sənədlərini elektron qaydada paylaşa, zəruri hallarda isə çap edə biləcəklər.

Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox