Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-17 11:20:14
Müəyyən ixtisasların ləğvi nəzərdə tutulur - Agentlik direktoru
 
"Müəyyən ixtisasların ləğvi və ya orta ixtisas pilləsində bağlanıb, peşə təhsil pilləsində saxlanılması nəzərdə tutulur".
 
 
AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Azərbaycan müəllimi”nə müsahibəsində qeyd edib.
 
 
O bildirib ki, elə ixtisaslar var ki, həm orta ixtisas, həm peşə, həm bakalavr, həm də magistratura pilləsinə tədris olunur:
 
 
"Hazırda bu istiqamətdə də islahatlar gedir və bu, təkcə sözdə deyil, həqiqətən işlər aparılır. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaranandan bu günə kimi bütün orta ixtisas müəssisələrində olmuşuq, müvafiq monitorinq və yoxlamalar aparmışıq, kadr dəyişiklikləri də edilib. Müəyyən ixtisasların ləğvi və ya orta ixtisas pilləsində bağlanıb, peşə təhsil pilləsində saxlanılması nəzərdə tutulur. Bu istiqamətdə təkliflərimizi hazırlayıb təqdim etmişik və yaxın zamanda dəyişiklikləri görəcəksiniz. Qaldırdığınız məsələdə tam haqlısınız və bizi də düşündürür. Yaxın zamanda bir çox ixtisaslar üzrə bu problemi həll edə biləcəyik", - deyə fikrini tamamlayıb.