Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-19 15:05:36
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb

Mayın 1-dən 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.   

 

AzEdu.az xəbər verir ki, elektron portalda 1 may tarixindən uşaqların qeydiyyatı, 3 maydan isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb və müəllim seçimi) həyata keçiriləcək.  

 

Mayın 3-dən 17-dək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Müsahibə uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə keçirilir.

 

Birinci sinfə sənəd qəbulu 13 sentyabr tarixinədək davam edəcək.