Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-18 09:13:27
MDU Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Mingəçevir Dövlət Universiteti (MDU) rektoru Şahin Bayramov 2024-cü ilin 16-18
aprel tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil edilən 6-cı “Ali
Təhsil Liderlik Forumu”nda (MENA) iştirak edir. “Əlaqələndirilmiş yeni nəsil
universitetlərə doğru: addım atmaq, adaptə olunmaq və transformasiya zərurəti”
mövuzuna həsr olunmuş forumda 35-dən artıq ölkədən 200-dən çox universitetin
rektoru və ali təhsil mütəxəssisi iştirak edir.

 

Bu barədə MDU-dan AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, forum ali təhsil üzrə qlobal, beynəlxalq və regional trendlərin və əsas çağırışların müzakirəsi üçün davamlı platformadır. 2013-cü ildən etibarən keçirilən forumun 6-cı görüşündə iştirak edən rektor Ş.Bayramov MDU və Beynəlxalq Universitetlər Assosiasiyasını (IAU) təmsil etməyin qürurverici olduğunu qeyd edib.

 

Ali təhsilin gələcəyinə həsr olunan belə beynəlxalq səviyyəli tədbirdə iştirak
etməkdən məmnunluğunu bildirən rektor Ş.Bayramov universitet idarəçiliyinin müasir
dövrün tələblərinə uyğun olaraq həyata keçirilməsi ilə bağlı digər ölkələrin qabaqcıl
təcrübələrinin öyrənilməsi baxımından Forumun əhəmiyyətli platformaya çevrildiyini
qeyd edib və təşkilatçılara təşəkkürünü bildirib.