Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-09 15:52:07
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır

Aprelin 16-da saat 11:00-dan portal.edu.az vasitəsilə ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.  

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, sözügedən xidmət sayəsində Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.   

 

Müraciətlərin elektron formada həyata keçirilməsi tələbələrə təhsil haqqını müəssisəyə getmədən ödəmək, imtahan nəticələri və digər yeniliklər barədə məlumat əldə etmək imkanı da yaradır.

 

Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.