Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-05 09:18:23
AzTU-nun şəhid olan məzunlarının ailə üzvləri ilə görüş...

Azərbaycan Texniki Universitetinin (AzTU) Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarının ailə üzvləri ilə görüş keçirilib. Tədbirdə müharibə veteranları, qazilər, respublikada fəaliyyət göstərən müxtəlif ictimai birliklərin nümayəndələri iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Aprel döyüşlərində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan, şanlı ordumuzun uğurlarından danışıb. Bildirib ki, Aprel döyüşlərində AzTU-nun məzunları Mahir Quliyev, Əbdülməcid Axundov, Müşfiq Orucov və Elvin Mirzəyev də şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərin əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağı da qeyd olunub.

 

AzTU-nun Şəhid ailələri ilə iş üzrə işçi qrupunun rəhbəri Zöhrə Məmmədova və digər çıxış edənlər Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdikləri şücaət və qəhrəmanlıqdan bəhs ediblər. Vurğulanıb ki, dördgünlük Aprel döyüşləri Ermənistan ordusu haqqında ermənilərin yaratdığı “məğlubedilməzlik” mifini darmadağın etdi, Azərbaycanın işğalla heç vaxt barışmayacağını dünyaya göstərdi və 44 günlük müharibədə qazanılan şanlı Qələbənin təməllərindən biri oldu.

 

Tədbirdə çıxış edən AzTU-nun Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarının valideynləri bu gün Azərbaycanın dünyada qalib ölkə kimi tanındığını xüsusi vurğulayıb və gəncləri şəhidlərimizin ən müqəddəs əmanəti kimi Vətənin müdafiəsində hər zaman ayıq-sayıq olmağa çağırıblar.