Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-04 12:15:49
“Qarabağ tarixi əski çap kitablarında” kataloqu nəşr olunub  

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Qarabağ tarixi əski çap kitablarında” izahlı kataloqu nəşr olunub.

 

Bu barədə AzEdu.az-a AMEA-dan bildirilib. Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Əlyazmalar İnstitutunun materialları əsasında hazırlanmış bu kataloqun tərtibçisi tarix elmləri doktoru professor Tahirə Həsənzadə, redaktoru tarix üzrə fəlsəfə doktoru dosent Cavid Cəfərovdur.

 

Kitaba Qarabağ tarixini əks etdirən Azərbaycan, türk, rus, fars dillərində 70-dən çox əsərin biblioqrafik təsviri və tematik tədqiqat nəticəsində Qarabağ tarixi ilə bağlı müəyyənləşdirilmiş müvafiq parçalar daxil edilib. Kataloqa professor Tahirə Həsənzadə və dosent Cavid Cəfərov “Ön söz” yazıblar.

 

Nəşrin elmi məsləhətçisi institutun direktoru akademik Teymur Kərimlidir.