Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-03 15:09:15
Goranboyda məktəblilər arasında insident olub

Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident baş verib.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, şagirdlər bir-birinə xəsarət yetiriblər.

 

"Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədir. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda qeyd olunub.