Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 20:45:00
Maksimum nəticələrin çoxluğu keçid ballarına TƏSİR EDƏCƏK

Son illərin rekordu yaşanıb. Martın 3-də 11 illik təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

Maraqlıdır, rekord say keçid ballarına təsir edəcəkmi?

 

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a mövzu ilə bağlı danışıb.

 

Ekspert bildirib ki, V ixtisas qrupunun keçid ballarında artım olacaq:

 

“Nəticələrdən göründüyü kimi imtahanda yüksək bal toplayan abituriyentlərin sayı çoxdur. Xüsusən də maksimum nəticə göstərənlərin sayı demək olar ki, son illər üçün rekord göstəricidir. Nəticələr onu deməyə əsas verir ki, əgər 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri də bu şəkildə olarsa, bu ümumi keçid ballarına təsir edəcək.

 

Əgər blok imtahanı nəticələri də yüksək olarsa, o zaman bütün ixtisas qrupları üzrə keçid balları artacaq. Ümumilikdə nəticələrin ötən illərə nisbətən çox yaxşı olduğunu müşahidə edirik”.