Azedu.az

Bir yaşlı uşağa siqaret çəkdirən ata SAXLANILDI 

2 Aprel 2024, 11:26
Bir yaşlı uşağa siqaret çəkdirən ata SAXLANILDI 

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimovun sözlərinə görə tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.

 

O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox