2018-03-21 07:51:48
Şagirdlərin Novruz PLANLARI: "Bayramda xoruz döyüşdürmək istəsəm də, icazə vermədilər"
Azərbaycanda Novruz bayramı davam edir.
Orta və ali təhsil müəssisələrində şagird və tələbələrin tətili isə artıq başlayıb. Tələbə və şagirdlərin əksəriyyəti bayramı keçirmək üçün bölgələrə üz tuturlar. Bəs şagirdlər yazın gəlişini özündə ehtiva edən Novruz bayramını necə keçirəcək?
AzEDU bu sualla bir neçə şagirdə müraciət edib:
Bakı şəhəri, Səbail rayonu 49 saylı “İntellekt” məktəb-liseyin şagirdi Aqşin Rüstəmov Novruz bayramını rayonda keçirəcək:
“Hər il bayramda şəhərdə oluram. Bir çox evlərə papaq atıram. Papaq atdığım evlərdən yığdıqlarımı isə uşaqlarla aramızda bölüşürük. Bu il bayramı bir az fərqli keçirmək üçün rayona getməyə, nənəmi, babamı görməyə qərar verdim”.
Gəncə şəhər, 39 saylı Mircəlal Paşayev adına məktəbin şagirdi Ramal Nüsrətli digər bayramlarla müqayisədə Novruzu çox sevir:
“Bayramı kəndimizdə keçirəcəm. Papaq atıb, qapı pusub, tonqal qalacayam. Ən çox xoruz döyüşdümək istəsəm də, buna icazə vermədilər”.
Abşeron rayonu, Xırdalan şəhər, 1 nömrəli tam orta məktəbin şagirdi Sadiq İsmayılov bayramı şəhərdə, dərs oxuyaraq qeyd edəcək:
“Sinif yoldaşlarımın əksəriyyəti Novruzu keçirmək üçün rayonlara gedirlər. 10-cu sinifdə təhsil alıram, abituriyentəm və dərslərim ağırdır. Bu səbəbdən də bayramı təntənəli keçirməyə vaxtım yoxdur".
Bakı şəhəri, Səbail rayonu 51 saylı tam orta məktəbin şagirdi Məryəm Rüstəmova da bayramı şəhərdə keçirəcək:
“ Novruz bayramını Yenil il qədər çox sevmirəm. Ən çox sevdiklərim şəkərbura, paxlava, boyanmış yumurtalar və aşdır. Keçən il sinif yoldaşlarımla bir yerdə tanımadığımız evlərə papaq atmışdıq. Bu il uşaqların əksəriyyəti rayonda olduğuna görə papaq atıb, evləri pusa bilmədik”.
Yevlax şəhər 5 saylı tam orta məktəbin şagirdi Sücayət Mirzəxanlının ən sevdiyi bayram Novruzdur:
“Novruz bayramında təbiət oyanır, hər tərəf yaşıla bürünür. Havalar isinməyə başlayır deyə əsl bayram abu-havası hiss olunur. Bayramda tonqal qalayıb üstündən hoppanmağı isə xüsusilə sevirəm ”.
Nəzrin Rüstəmova
Bu bölməyə aid digər xəbərlər
Gəncə şagirdlərinin inanılmaz uğur və ixtiraları, tədrisdəki yeniliklər - İdarə müdiri ilə müsahibə
2021-04-19 13:09:00
Daha bir müəllim koronavirusdan öldü
2021-04-19 12:06:43
Məktəb direktoru koronavirusdan vəfat etdi - FOTO
2021-04-18 10:00:00
Daha bir müəllim koronavirusdan vəfat etdi - FOTO
2021-04-15 15:37:00
Təlimə Dəstək Mərkəzinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirildi
2021-04-15 13:03:00
Bakıda iki müəllimin koronavirusdan öldüyü TƏSDİQLƏNDİ
2021-04-15 11:00:00
Müəllimlərin bilməli olduğu üsullar – Fəal təlim metodları
2021-04-14 13:54:00
Təhsilimizin uğuru - Professor Rafiq Əliyevin bütün dünyada tanınan təhsil proqramı -MÜSAHİBƏ
2021-04-13 16:14:00
BŞTİ-də videoqəbul formatında vətəndaş qəbulu həyata keçirildi
2021-04-13 15:01:00
Müəllimlər məktəbli kitabçasını necə yazmalıdırlar? – Edilən xətalar, vacib qaydalar
2021-04-13 13:47:00
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
2021-04-14 15:55:00
Bu müəllimlər sertifiksiyadan keçə bilməzlər – Rəsmi və ətraflı izah

2021-04-15 15:05:00
Buraxılış imtahanında ballar bu cür hesablanacaq-CƏDVƏL

2021-04-12 14:13:00
Bu şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməz – Təhsilverənlərin NƏZƏRİNƏ

2021-04-16 11:01:00
Müəllimlərlə bağlı yeni layihə hazırlandı-DETALLAR

2021-04-10 10:45:00
İmtahana bir gün qalmış bunları etmək lazımdır-VACİB məlumat

2021-04-12 12:49:00
Hazırda işləyən müəllimlər bu il MİQ-də iştirak edəcəkmi?-RƏSMİ CAVAB

2021-04-19 10:00:00
Məleykə Abbaszadə bitməyən müzakirələrə aydınlıq gətirdi

2021-04-18 15:00:00
Təhsilverənlərin hansı hüquqları vardır? – DİQQƏT

FACEBOOK