Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-23 09:09:00
Alimlər xərçəngə qarşı ilk peyvənd hazırladılar

 

Britaniya alimləri ağciyər xərçənginə qarşı dünyada ilk peyvəndi hazırlayıblar. Bildirilib ki, peyvənd xəstəliyin 90% yaranmasının qarşısını ala bilir.

 

AzEdu.az  xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

 

Bir neçə xeyriyyə təşkilatının "LungVax" peyvəndinin üç min dozasını yaratmaq üçün tədqiqata 1,7 milyon funt sterlinq ayırdığı bildirilib. Dərmanın koronavirus peyvəndi ilə eyni şəkildə işləyəcəyi güman edilir.

 

Dərmanı Oksford Universitetinin alimləri ilə biofarmasevtika şirkəti "AstraZeneca" hazırlayır. Ağciyərlərdə xərçəng hüceyrələrini məhv etmək üçün peyvəndin bədənin immun sistemini aktivləşdirəcəyi iddia olunur.