Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-29 15:35:09
Müəllimlərə qarşı alçaldıcı yanaşma yolverilməzdir - NAZİR

"Məktəb direktorlarına istintaq aparmaq düzgün deyil".


AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mediaya açıqlaması zamanı deyib.


Nazir valideynlərə tövsiyə edib ki, mənfi hallar gördükdə vaxtında müraciət etsinlər:

 

"Hadisə baş verdikdən aylar sonra müraciət etmək düzgün deyil. Valideyn övladının başına gələn hadisəni vaxtında bilib, deməlidir. Həmçinin, baş verən xoşagəlməz hadisələrdə bütün müəllimlər günahkar olmur. Onlar da bizim kimi insandırlar. Özümüzü ucaltmaq üçün kimisə alçatmamalıyıq. Ümumiyyətlə  müəllimlərimizə alçaldıcı yanaşma yolverilməzdir".

 

Emin Əmrullayevin sözlərinə görə təhsil müsəssisələrində baş verən bütün problemləri müəllimlərin üzərinə yıxmaq düzgün deyil:

 

"Bu hallar müəllim olmaq istəyənlərin sayını azaldacaq. Özümüzü həmin müəllimlərin yerinə qoyaraq, davranışımızı qiymətləndirməliyik".