Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-29 08:38:02
15 yaşlı qız erkən nikahın qurbanı oldu 

Azərbaycanda 15 yaşlı qıza fiziki zorakılıq edilib. 

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

 

O qeyd edib ki, həmin qız erkən nikahın qurbanı olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, Suraxanı RPİ nin 31-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.

 

Yetkinlik yaşına çatmayan şəxs sığınacağa yerləşdirilib.

 

Xəsarətlərın dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

 

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.