Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-27 12:19:04
Müəllimlərin nəzərinə!- VIII qrant müsabiqəsinə sənəd qəbulu başlayır  

Fevralın 27-dən təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu başlayır. 

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. 

 

Layihə sənədlərinin qəbulu 27 fevral – 1 aprel tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

 

Müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. 

 

Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz: 

 

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi