Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-24 09:27:39
AzTU SAP Universitetlər Alyansına üzv oldu  

Azərbaycan Texniki Universiteti (AzTU) Almaniyanın müəssisə resurslarının planalaşdırılması sahəsində məşhur proqram təminatı şirkəti olan SAP-ın Qlobal SAP Universitetlər Alyansına üzv olub. Alyansın məqsədi SAP-ın məhsulları, şirkətin tədris və tədqiqat sahələrində həyata keçirdiyi layihələr barədə üzv universitetləri məlumatlandırmaq və onlarla birgə təşəbbüsləri həyata keçirməkdir.

 

Bu barədə AzEdu.az-a AzTU-dan məlumat verilib. Bildirilib ki, AzTU-nun üzv seçilməsi və bununla bağlı imkanların müzakirəsi məqsədilə Alyansın region üzrə meneceri Yuri Kuprianovun iştirakı ilə universitetdə görüş keçirilib. Görüşdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, universitetin İctimai şurasının sədri Osman Gündüz, İqtisadiyyat və statistika kafedrasının müdiri Arzu Süleymanov, Beynəlxalq ticarət, logistika və marketinq kafedrasının professor-müəllim heyəti iştirak edib.

 

Söhbət zamanı Alyansın universitetlər üçün yaratdığı imkanlar, habelə AzTU-nun professor-müəllim heyəti, tələbələr və tədqiqatçıların fevral ayından başlayaraq SAP-ın qlobal təlim sessiyalarına cəlb olunması və digər əməkdaşlıq məsələləri müzakirə edilib.