Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-22 12:14:56
Bu ali məktəbdə məzunların 50 faizi işlə təmin olunub

Ali təhsil müəssisələrini bitirən tələbələrin işsizlik porblemləri zaman-zaman aktuallığını qoruyur.

 

Maraqlıdır, son 2 ildə universitet məzunlarının neçə faizi işlə təmin olunub?

 

Bununla bağlı AzEdu.az Təhsil Portalı olaraq universitetlərə sorğu ünvanlandıq.

 

Sorğumuza cavab olaraq Azərbaycan Universitetinin (AU) mətbuat xidmətindən bildirilib ki, universitetlərin məzunların işlə təmin olunması ilə bağlı öhdəliyi olmasa da əmək bazarının tələblərini bilməli, iş dünyası ilə daim təmasda olmalı, indi və gələcəkdə hansı bilik və bacarıqlara tələbat varsa, tədris prosesində nəzərə almalıdırlar:

 

“Azərbaycan Universiteti də davamlı olaraq bu istiqamətdə işləyir, Karyera Mərkəzi həm tələbələrə, həm də məzunlara iş müraciətlərində,  gələcək iş fəaliyyətləri ilə bağlı məsələlərdə köməklik edir, məsləhət xidməti göstərir. Onları iş dünyasına hazırlamaq üçün müxtəlif təlim, tədbir, infotur və görüşlər təşkil edir, o cümlədən təcrübə proqramları, vakansiyalar haqqında məlumatları onlara çatdırır.

 

Məzunlarımızın məşğulluq səviyyəsi haqqında əlimizdə müəyyən statistika var. Amma bu statistika real mənzərəni təxmini olaraq ortaya qoyur. Çünki məzunlarımızdan hərbi xidmətdə olanlar, təhsillərini ölkə daxilində yaxud xaricində magistratura pilləsində davam etdirənlər var.

 

Xüsusilədə 2023-cü il məzunlarımızın böyük əksəriyyəti hazırda hərbi xidmət keçir. Həmçinin məzunlarımız öz məşğulluq vəziyyətləri ilə bağlı məlumatları bizimlə könüllülük prinsipi əsasında bölüşürlər”.

 

Bildirilib ki, son 2 ildə əmək fəaliyyətinə başlayan məzunların sayı 50 faizə yaxınlaşır:

 

“Hazırda bakalavriat səviyyəsində I, II və III ixtisas qrupları üzrə mütəxəssis hazırlayırıq. Bəzi ixtisaslarda məşğulluq səviyyəsi olduqca yuxarıdır, bəzilərində isə göstəricilər bir qədər aşağıdır. Ümumilikdə isə son 2 ildə əmək fəaliyyətinə başlayan məzunlarımızın sayı 50 faizə yaxınlaşır.  Bu sahədə rəqəmlərin dəqiqləşdirilməsi, statistikanın daha da təkmilləşdirilməsi üzərində işləyir, məzunlarla əlaqələrimizi gücləndirməyə çalışırıq”.