Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-21 15:18:54
Türkiyə-Azərbaycan Universitetinə yeni tədris ilindən tələbə qəbulu planlaşdırılır

Tədris binasının Bakıda olması planlaşdırılır.


AzEdu.az xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan Universiteti ilə bağlı elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə müsahibəsi zamanı deyib:

 

N.Məmmədli qeyd edib ki, Türkiyə-Azərbaycan Universitetinə yeni tədris ilindən tələbə qəbulu planlaşdırılır.

 

"Türkiyə-Azərbaycan Universiteti  universitet təhsil və tədqiqat modeli olacaq. Bu ilin sentyabr ayından başlayaraq ilk tələbərimizin bu universitetdə təhsil almasını planlaşdırırıq. Yay aylarındakı qəbul prosesində bu universitetin də adı yer alacaq. Hazırda Türkiyənin bir çox universitetləri ilə bizim universitetlər arasında qarşılıqlı əlaqələr mövcuddur. Bu layihədə iştirak edən universitetlər ən nüfuzlu türk universitetləridir. Tədris dili ilkin formatda ingilis və türk dilində olacaq. Sonrakı illərdə Azərbaycan dili və digər dillər də buraya əlavə ediləcək".