Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-06 15:25:30
Məllimlər yeni elmi-tədqiqat işi aparıblar

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev (elmi rəhbər) və baş müəllim, doktorant Aidə Aslanova “Mikroçatlarda mayelərin hərəkətinin elektrokinetik tənzimlənməsi” mövzusunda elmi-tədqiqat işi aparıblar.

 

Bu barədə AzEdu.az-a BANM-dən məlumat verilib.

 

“Mikroçatlarda su axınının qeyri-Nyuton xarakterinin reofizik analizi” (A rheophysical study of the non-newtonian behavior of water flow in thin channels) adlı məqalədə həmin elmi-tədqiqat işindən bəhs edilir. Məqalə Estoniyanın “Scopus” bazasında indeksləşdirilmiş yüksək reytinqə malik “EUREKA: Physics and Engineering” jurnalının 2024-cü il üzrə ilk nömrəsində dərc olunub.