Azedu.az

Dilçilik İnstitutu Türk Dil Qurumu ilə əməkdaşlıq edəcək

Elmi institut və təşkilatlar

22 Oktyabr 2018, 20:16
Dilçilik İnstitutu Türk Dil Qurumu ilə əməkdaşlıq edəcək

Dilçilik İnstitutu elmi-tədqiqat işlərinin aparılmasında Türk Dil Qurumu ilə əməkdaşlıq edəcək. AzEdu.az xəbər verir ki, bu gün Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gürsevin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda  müzakirələr aparılıb.

 

İnstitutun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan və Türkiyə elmi-ədəbi əlaqələrindən danışıb. O, rəhbərlik etdiyi elmi müəssisədəki şöbələr, onların strukturu və vəzifələri barədə qonağa ətraflı məlumat verib.

 

Professor G.Gürsevin şöbələrin əməkdaşları və fəaliyyət planları ilə tanışlıqdan məmnun olduğunu bildirib. Tükiyəli alim elmi-tədqiqat işlərinin aparılmasında Azərbaycan dilçiləri ilə yaxından əməkdaşlıq edəcəyini söyləyib.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox