Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-16 14:25:00
 DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov vətəndaş qəbulu keçirib

 

16 yanvar 2024-cü il tarixində DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov vətəndaş qəbulu həyata keçirib.
 
Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.
 
 
Bildirilib ki, görüşdə dövlət qulluğuna qəbul, dövlət qulluğunda ehtiyat kadrlar siyahısından analoji vakant vəzifəyə təyinat və dövlət qulluğu stajı ilə bağlı 3 vətəndaşın müraciətinə baxılıb. 
 

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, habelə qeyd olunan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.