Səkinə Həsənova keçirilmiş IV Seçki - Hesabat Konfransı nəticəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının yeni sədri seçilib.
Bu barədə AGMA-dan AzEdu.az-a məlumat verilib.
Assosiasiyadan bildirilib ki, Səkinə Həsənova Bakalavr təhsilini 2010-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya müəllimliyi üzrə, magistr dərəcəsini isə 2017-2019-cu illərdə Dövlətlərarası təqaüd qazanaraq, Çinin Zhejiang Normal Universitetində "Müqayisəli Təhsil" fakültəsindən alıb.
Qeyd edək ki, hazırda ADA Məktəbində müəllim olaraq fəaliyyətinə davam edir.